Gerb

01 oktyabr 2010, 20:10

“Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə əlavə edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 11 may tarixli 1005-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 iyun tarixli 281 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:

“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 30 mart tarixli 692 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 3, maddə 176; 2002-ci il, № 8, maddə 478; 2004-cü il, № 1, maddə 19; 2005-ci il, № 4, maddə 299; 2007-ci il, № 11, maddə 1117; 2008-ci il, № 8, maddə 719) 2-ci bəndinin dördüncü abzasında “138-ci maddəsinin” sözlərindən əvvəl “121-ci maddəsinin ikinci hissəsində,” sözləri əlavə edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 oktyabr 2010-cu il.