|
17 may 2013, 18:10
“Bakı Ürək Günləri” III Beynəlxalq Konqresinin iştirakçılarına
Hörmətli Konqres iştirakçıları! Sizi - “Bakı Ürək Günləri” III Beynəlxalq Konqresinin iştirakçılarını Bakı şəhərində salamlayıram. Əminəm ki, kardiologiyanın və ürək-damar cərrahiyyəsinin aktual problemlərinin müzakirəsi ölkəmizdə təbabətin inkişafına öz töhfəsini verəcəkdir. Bu beynəlxalq konqres artıq ənənəvi şəkil almışdır. Builki konqresin xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunması dərin rəmzi məna daşıyır. Heydər Əliyev ölkəmizdə səhiyyə sisteminin daim təkmilləşdirilməsi və ən yeni standartlara uyğun qurulması sahəsində müstəsna xidmətlər göstərmişdir. Bu istiqamətdə aparılmış işlərin davamı olaraq respublikamızda səhiyyənin inkişafı bu gün də dövlətimizin sosial yönümlü siyasətinin prioritet istiqamətlərindəndir. Hazırda Azərbaycanın müxtəlif regionlarında müasir diaqnostika mərkəzləri və müxtəlif şəfa ocaqları istifadəyə verilmiş, mövcud klinikalar əsaslı təmir olunaraq qabaqcıl texnologiyalara əsaslanan tibbi avadanlıqlarla təchiz edilmişdir. Gerçəkləşdirilən proqramlarda ürək-damar xəstəliklərinin müalicəsi və bu sahədə yüksək ixtisaslı gənc kadrların hazırlığı xüsusi yer tutur. Ümidvaram ki, böyük elmi və elmi-praktiki əhəmiyyətə malik bu konqres azərbaycanlı mütəxəssislərin öz xarici həmkarları ilə əlaqələrini daha da möhkəmləndirəcək və ümumilikdə tibb elminin inkişafına xidmət edəcəkdir.
Ən xoş arzularla, AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.