|
17 may 2013, 19:40
Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”ni “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2011-ci il 30 dekabr tarixli 282-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır: Maddə 1. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 14; 2001, № 11, maddə 669; 2002, № 5, maddə 237; 2006, № 6, maddə 478; 2007, № 8, maddə 756, № 11, maddə 1075; 2008, № 8, maddə 701, № 10, maddə 886; 2009, № 4, maddə 211, № 7, maddə 519; 2010, № 3, maddə 171) ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin: 1.1. 2-ci maddədə “Vətəndaşlara” sözü “Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşlara” sözləri ilə, “Əsasnamənin 5-ci bəndində” sözləri “Əsasnamədə” sözü ilə əvəz edilsin; 1.2. aşağıdakı məzmunda 2-1-ci maddə əlavə edilsin: “2-1. Bu Əsasnamənin 2-ci maddəsində göstərilən halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə həmin maddədə göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədlərdən birini təqdim etməlidir.”; 1.3. 3-cü maddə üzrə: 1.3.1. birinci abzasda “2-ci bəndinin “a” - “q” yarımbəndlərində” sözləri “2-ci maddəsinin “a” - “q” bəndlərində” sözləri ilə əvəz edilsin; 1.3.2. ikinci abzas aşağıdakı redaksiyada verilsin: “vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması haqqında ərizə-anket (forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir);”; 1.3.3. üçüncü abzasdan “və ya doğum haqqında şəhadətnamə” sözləri çıxarılsın;
1.3.4. üçüncü abzas dördüncü absaz hesab edilsin və aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin: 1.4. aşağıdakı məzmunda 4-1-ci maddə əlavə edilsin: “4-1. 15 yaşı tamam olmamış vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması onun qanuni nümayəndəsinin bu barədə müraciəti olduqda həyata keçirilir. Bu halda vətəndaşın qanuni nümayəndəsi tərəfindən aşağıdakı sənədlər təqdim olunur: 1) 15 yaşı tamam olmamış vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması haqqında ərizə-anket (forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir); 2) doğum haqqında şəhadətnamə; 3) bu Əsasnamənin 2-ci maddəsində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd.”; 1.5. 5-ci maddədə “2-ci və 4-cü bəndində” sözləri “2-ci – 4-1-ci maddələrində” sözləri ilə əvəz edilsin və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin və “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında” Əsasnamənin tələblərinə müvafiq surətdə” sözləri çıxarılsın; 1.6. 6-cı maddə üzrə: 1.6.1. ikinci cümlədə “müvafiq şəxsiyyət vəsiqəsi verilənə qədər vətəndaşa — Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən müvəqqəti sənəd və vətəndaşlığı olmayan şəxsə -” sözləri “vətəndaşın şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri üzrə məlumatı dəyişdirir, vətəndaşlığı olmayan şəxsə isə şəxsiyyət vəsiqəsi verilənə qədər ona” sözləri ilə əvəz edilsin; 1.6.2. üçüncü cümlədə “Vətəndaşa şəxsiyyət vəsiqəsi və vətəndaşlığı” sözləri “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı” sözləri ilə əvəz edilsin; 1.7. 7-ci maddə ləğv edilsin; 1.8. 10-cu maddənin “v” bəndində “azadlıqdan” sözündən əvvəl “ömürlük” sözü əlavə edilsin; 1.9. 11-ci maddədə “özü üçün ərizə-anket (2 saylı Əlavə)” sözləri “olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anket (forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir)” sözləri ilə əvəz edilsin; 1.10. 12-ci maddənin üçüncü abzası aşağıdakı redaksiyada verilsin: “vətəndaşın olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anket (forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir).”; 1.11. 13-cü maddədə “qeydiyyata almalı və bu barədə müvəqqəti qeyd aparmaqla həmin qeydi onun şəxsiyyət vəsiqəsinin arxasına yapışdırmalıdır” sözləri “olduğu yer üzrə qeydiyyata almalıdır” sözləri ilə əvəz edilsin; 1.12. 23-2-ci maddədə “23-1-ci bəndinin “a” və “b” yarımbəndlərində” sözləri “23-1-ci maddəsinin “a” və “b” bəndlərində” sözləri ilə əvəz edilsin;
1.13. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” 1 və 2 saylı Əlavələr 2014-cü il yanvarın 1-dən ləğv edilsin. Maddə 2. Bu Qanun 2014-cü il yanvarın 1-dən qüvvəyə minir.
İlham Əliyev Bakı şəhəri, 19 aprel 2013-cü il. AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.