Gerb

17 may 2013, 23:10

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq q ə r a r a a l ı r :

“Azərbaycan Respublikası Hökuməti və Sloveniya Respublikası Hökuməti arasında xidməti pasportlara malik şəxslər üçün qısa müddətli vizadan imtina edilməsi haqqında” 2013-cü il yanvarın 16-da Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 aprel 2013-cü il.