Gerb

17 may 2013, 23:40

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 10-cu bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnamə”ni “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2011-ci il 30 dekabr tarixli 282-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının 2007-ci il 10 aprel tarixli 267-IIIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 4, maddə 315; 2008, № 3, maddə 158, № 10, maddə 886) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnamə”nin 2-ci maddəsində “şəxsiyyət vəsiqəsi” sözlərindən sonra “və müvafiq beynəlxalq müqavilə bağlanmış xarici dövlətlərdə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi” sözləri əlavə edilsin.

Maddə 2. Bu Qanun 2014-cü il yanvarın 1-dən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 aprel 2013-cü il.