Azərbaycan Respublikasının 1993-cü il 23 fevral tarixli 516 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət gerbi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
17 may 2013, 23:52
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsinin III hissəsinə uyğun olaraq qərara alır:
Azərbaycan Respublikasının 1993-cü il 23 fevral tarixli 516 nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993, № 4, maddə 117; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 8, maddə 463; 2005, № 2, maddə 61; 2006, № 3, maddə 225; 2010, № 4, maddə 276) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət gerbi haqqında Əsasnamə”nin 4-cü maddəsinin “ğ” bəndi aşağıdakı redaksiyada verilsin:
“ğ) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində və pasportunda;”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 aprel 2013-cü il.
