Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 12 iyun tarixli 377-IVQD nömrəli Qanununa uyğun olaraq qərara alır:
“Azərbaycan Respublikası vətəndaşının ümumvətəndaş, xidməti və diplomatik pasportları nümunələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 13 iyun tarixli 1052 nömrəli Qərarı (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 11-12, maddə 205) 2013-cü il sentyabrın 1-dən ləğv edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 aprel 2013-cü il.