|
18 may 2013, 13:30
Qriqori Minnikov və başqalarından, İsmayıllı, Azərbaycan
Hörmətli cənab Prezident! Biz, İsmayıllı rayonunun İvanovka kəndinin sakinləri, N.Nikitin adına kolxozun əməkçiləri Sizin rəhbərlik etdiyiniz ölkədə yaşamaqdan fərəh hissi keçirir, kəndimizin, rayonumuzun və doğma ölkəmizin rifahı naminə səylə çalışırıq. Siz 2005-ci ilin avqustunda İvanovkada olarkən demişdiniz: “Heydər Əliyev sizin qarantınız olmuşdur, bu gün isə mən sizin qarantınızam”. Biz bunu həmişə hiss etmişik, son aylar isə daha çox hiss edirik. Rəhbərlik həyatın və təsərrüfat fəaliyyətinin bütün sahələrində bizə kömək edir. Kənd təsərrüfatı texnikasını, gübrə və kimyəvi maddələri ucuz qiymətlərlə alırıq. On beş çarpayılıq müasir xəstəxana istifadəyə hazırdır. Rayonun rəhbərləri İvanovkada keçirilən bütün tədbirlərdə iştirak edirlər. Elə bir ümumrayon tədbiri yoxdur ki, orada İvanovka kəndinin və N.Nikitin adına kolxozun nümayəndələri iştirak etməsinlər. Sizin milli siyasətiniz sayəsində İsmayıllı rayonunun bütün sakinləri milliyyətindən, dinindən asılı olmayaraq həmişə bir yerdədirlər, dövlətçilik mövqeyində yekdildirlər və bir-biri ilə sıx bağlıdırlar. Belə siyasət xalqımızın, bütün Azərbaycanın qüdrətidir. Hörmətli cənab Prezident! Biz ümummilli lider Heydər Əliyevin müqəddəs ruhu, sizin böyüklüyünüz qarşısında həmişə məsuliyyət hiss edirik və bu zəmində gündən-günə daha yaxşı işləyirik. İvanovka və ivanovkalılar bizə xüsusi diqqət və qayğı ilə yanaşdığınıza, həmkəndlilərimizin həyatı ilə maraqlandığınıza, hər bir işdə kömək etdiyinizə görə Sizə minnətdardırlar. Siz həyatımızın, ulu öndərimiz Heydər Əliyev sayəsində qorunub saxlanmış rus kəndi İvanovkanın dayağısınız. Bizim gələcək həyatımız, uşaqlarımızın və nəvələrimizin həyatı yalnız Sizin rəhbərliyinizlə bağlıdır. Allahdan Sizə möhkəm cansağlığı, uzun ömür və uzun illər Azərbaycana rəhbərlik etməyinizi arzulayırıq. İvanovka kəndinin sakinləri adından böyük ehtiramla:
Qriqori Minnikov – N.Nikitin adına kolxozun sədri AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.