Gerb

20 may 2013, 17:40

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununu “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2011-ci il 30 dekabr tarixli 282-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə  qərara alır:

Maddə 1. “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 6, maddə 477; 2008, № 10, maddə 886; 2009, № 12, maddə 966; 2010, № 10, maddə 837; 2011, № 3, maddə 162) 6-cı maddəsində aşağıdakı dəyişikliklər edilsin:
1.1. 6.1.12-ci maddədə “16” rəqəmləri “15” rəqəmləri ilə, “şəxsiyyət vəsiqəsinin” sözləri “fərdi identifikasiya kartının” sözləri ilə əvəz edilsin;
1.2. 6.1.13-cü və 6.1.14-cü maddələrdə “16” rəqəmləri “15” rəqəmləri ilə əvəz edilsin.

Maddə 2. Bu Qanun 2014-cü il yanvarın 1-dən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 aprel 2013-cü il.