Gerb

20 may 2013, 20:00

Möhtərəm Prezident!

Ötən ilin sentyabr ayında imzaladığınız Sərəncamla ayrılan vəsait hesabına Gədəbəy rayonunun 87 yaşayış məntəqəsini birləşdirən Gədəbəy-Novosaratovka-Qaravəlilər avtomobil yolunun tikintisi uğurla həyata keçirilmiş və yol artıq istifadəyə verilmişdir. Bizim kəndin sakinləri həmin yoldan istifadə edirlər. Sevincimizin həddi-hüdudu yoxdur. İndi biz hər yerə rahat gedib-gələ bilirik. Gədəbəy rayonuna və onun sakinlərinə göstərdiyiniz qayğıya görə Sizə dərin təşəkkürümüzü bildiririk.

Sizə uzun ömür, möhkəm cansağlığı arzu edirik.

Hörmətlə,

Həsənov Mübariz Qəşəm oğlu
Əliyev Məhərrəm Camal oğlu və başqalarından (cəmi 20 imza).

Azərbaycan Respublikası, Gədəbəy rayonu, Kiçik Qaramurad kəndi.