|
21 may 2013, 15:30
İlham Əliyev İspaniyanın müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
Prezident İlham Əliyev İspaniya Krallığının müdafiə naziri Pedro Morenes Alvaro de Eulatenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan Respublikası ilə İspaniya Krallığı arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu vurğulayan Prezident İlham Əliyev bu əlaqələrin iqtisadi, qarşılıqlı sərmayə qoyuluşu və digər sahələrdə inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu bildirdi. Dövlətimizin başçısı ikitərəfli münasibətlərimizin genişləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edərək bu cür səfərləri intensiv şəkildə həyata keçirməyin vacibliyini bildirdi. Prezident İlham Əliyev İspaniya Krallığının müdafiə naziri Pedro Morenes Alvaro de Eulatenin ölkəmizə səfərinin hərbi əməkdaşlığın inkişafına xidmət edəcəyinə ümidvar olduğunu bildirdi. İspaniya Krallığının müdafiə naziri Pedro Morenes Alvaro de Eulate paytaxtımızda böyük inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi. İspaniyalı nazir Azərbaycana səfərinin əlaqələrimizin, o cümlədən hərbi sahədə əməkdaşlığımızın perspektivlərinin səmərəli müzakirəsi üçün yaxşı imkan yaratdığını bildirdi. AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.