|
22 may 2013, 15:00
İlham Əliyev Uruqvay Parlamenti Nümayəndələr Palatası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
Prezident İlham Əliyev Uruqvay Parlamenti Nümayəndələr Palatasının sədri Herman Kardosonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan ilə Uruqvay arasında ikitərəfli əlaqələrin sürətlə inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı əlaqələrimizin inkişafında müxtəlif səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd etdi. Ölkələrimiz arasında əməkdaşlığın bütün istiqamətlərdə inkişafı üçün yaxşı imkanların olduğunu deyən Prezident İlham Əliyev münasibətlərimizin genişləndirilməsində parlamentlərarası əlaqələrin rolunu qeyd etdi. Dövlətimizin başçısı Uruqvay Parlamenti Nümayəndələr Palatasının sədri Herman Kardosonun ölkəmizə səfərinin uğurlu olacağına və əlaqələrimizin daha da inkişaf etdirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə etdi. Uruqvay Parlamenti Nümayəndələr Palatasının sədri Herman Kardoso öz növbəsində ölkəsi ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu dedi. O bildirdi ki, ölkələrimizin bir-birindən uzaq məsafədə yerləşməsi əməkdaşlığımızın genişləndirilməsi işinə mane ola bilməz. Görüşdə ölkələrimiz arasında əlaqələrin siyasi, iqtisadi, ticarət, turizm, kənd təsərrüfatı və digər sahələrdə inkişafı üçün yaxşı imkanların olduğu vurğulandı və bu istiqamətdə müvafiq addımların atılmasının önəmi qeyd edildi. Görüşdə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınmasına dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı. 21 may 2013, 18:30
Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Barak Obamaya
more...
AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.