|
23 may 2013, 13:30
Əkrəm Həsənovdan, Sumqayıt, Azərbaycan
Hörmətli cənab Prezident! Bu təşəkkür məktubunu Sizə Sumqayıt şəhərində yaşayan dindarlar adından ünvanlayıram. Sizin xüsusi diqqət və qayğınız sayəsində yaşadığımız Sumqayıt şəhərində məscid təmir edilmiş və burada ibadət etməyimiz üçün əlverişli şərait yaradılmışdır. Bütün bunlara görə Sizə dərin təşəkkürümüzü bildiririk. Ümummilli liderimiz Heydər Əliyev cənabları İslama dininə və azərbaycançılıq ənənələrinə daim sadiq olmuş, bütün müsəlmanlara diqqət və qayğı ilə yanaşmışdır. Bu gün onun layiqli davamçısı kimi Siz də dinimizə və ənənələrimizə böyük qayğı ilə yanaşırsınız. Sizin diqqət və qayğınız sayəsində hal-hazırda ölkəmizin hər yerində yeni məscidlər tikilir, köhnə məscidlər isə əsaslı şəkildə bərpa edilərək insanların ixtiyarına verilir. Bütün bunlara görə Sizə dərin təşəkkürümüzü bildiririk. Sizi əmin edirik ki, qarşıdan gələn Prezident seçkilərində ulu öndərin bizə miras qoyduğu doğru yol ilə gedərək, onun ənənələrini layiqincə davam etdirən Sizə səs verəcəyik.
Bir daha Sizə dərin təşəkkürümüzü bildiririk. AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.