|
23 may 2013, 15:30
İlham Əliyev NATO baş katibinin müavinini qəbul etmişdir
Prezident İlham Əliyev NATO baş katibinin müavini Qabor İklodini qəbul etmişdir. Dövlət başçısı Azərbaycan ilə NATO arasında əməkdaşlığın uğurla inkişaf etdiyini vurğuladı. Özünün Brüsselə, NATO-nun baş katibi Anders Foq Rasmussenin Azərbaycana səfərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev həmin səfərlər zamanı aparılan müzakirələrin əməkdaşlığımızın genişləndirilməsi baxımından önəmini qeyd etdi. Dövlətimizin başçısı Azərbaycan-NATO əməkdaşlığının gələcəkdə də davam etdiriləcəyinə əminliyini bildirdi. Azərbaycan hərbçilərinin Əfqanıstandakı beynəlxalq sülhməramlı missiyanın tərkibində uğurlu fəaliyyətinə toxunan Prezident İlham Əliyev vurğuladı ki, ölkəmiz Əfqanıstanda sülhün və sabitliyin bərqərar olunması işinə təhsil, təcrübə mübadiləsi və digər sahələrdə də kömək edə bilər. NATO baş katibinin müavini Qabor İklodi “Meydana çıxan təhlükəsizlik çağırışları: XXI əsrdə enerji təhlükəsizliyinin genişləndirilməsi” mövzusunda Bakıda keçirilən konfransın önəmini vurğuladı. NATO ilə Azərbaycan arasında mövcud olan əməkdaşlığın son illər daha da inkişaf etdiyini qeyd edən qonaq Azərbaycan hərbçilərinin Əfqanıstandakı beynəlxalq sülhməramlı missiyanın tərkibində uğurlu fəaliyyətinə, ölkəmizin Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. O, NATO-nun Əfqanıstandakı 2014-cü ildən sonrakı missiyasında Azərbaycanın iştirakı ilə bağlı mövqeyini də yüksək qiymətləndirdi. Görüşdə enerji təhlükəsizliyi, nüvə silahının yayılmaması, terrorizmə qarşı mübarizə və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı. ![]() AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.