Gerb

10 may 2010, 15:50

Çox hörmətli cənab Prezident!

Hər bir sahədə olduğu kimi, Siz Azərbaycan incəsənəti və mədəniyyətinin də inkişafına daim böyük diqqət və qayğı göstərirsiniz. Bu günlərdə incəsənət xadimlərinin böyük bir qrupuna Prezident mükafatı verilməsi barədə Sərəncamınız bunun əyani təsdiqidir. Mükafat alanlar sırasında mən də varam. Bu dəyərli mükafata görə Sizə dərin minnətdarlığımı, təşəkkürümü bildirir və əmin edirəm ki, bu etimada layiq olmağa çalışacağam.

Dərin hörmətlə,

Murad Hüseynov

Pianoçu, Əməkdar Artist, beynəlxalq müsabiqələr laureatı, Bakı Musiqi Akademiyasının dosenti

Azərbaycan Respublikası, Bakı şəhəri.