|
23 may 2013, 16:00
İlham Əliyev Koreya Respublikası Milli Assambleyasının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
Prezident İlham Əliyev Koreya Respublikası Milli Assambleyasının sədr müavini Park Byonq-Soqun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Koreya Respublikası Milli Assambleyasının sədr müavini Park Byonq-Soq Beynəlxalq Valyuta Fondunun Azərbaycanı ən sürətlə inkişaf etmiş iqtisadiyyata malik olan ölkələrin sırasına daxil etməsinin önəmini vurğuladı. Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən il ölkəmizdə mühüm beynəlxalq tədbirlərin uğurla keçirilməsinin böyük əhəmiyyət daşıdığını deyən qonaq 2012-ci ildə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrlik etməsini mühüm hadisə kimi dəyərləndirdi. Prezident İlham Əliyev Azərbaycan ilə Koreya Respublikası arasında ikitərəfli əlaqələrin sürətlə inkişaf etdiyini bildirdi. Ölkələrimiz arasında iqtisadi sahədə uğurların əldə olunduğunu, ticarət dövriyyəsinin artdığını qeyd edən dövlətimizin başçısı Koreya şirkətlərinin Azərbaycandakı uğurlu fəaliyyətlərinin genişlənməsinin önəmini vurğuladı. Prezident İlham Əliyev mədəniyyət sahəsində də əməkdaşlığımızın yaxşı səviyyədə olduğunu söylədi. Parlamentlərarası əlaqələrə toxunan dövlətimizin başçısı Koreya Respublikası Milli Assambleyasının sədr müavini Park Byonq-Soqun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin bu sahədə əməkdaşlığımızın daha da genişləndirilməsi işinə xidmət edəcəyini vurğuladı. Görüşdə Koreya şirkətlərinin ölkəmizdə həyata keçirilən müxtəlif infrastruktur layihələrində yaxından iştirakının əhəmiyyəti vurğulandı, neft-kimya, yüksək texnologiyalar və digər sahələrdə də əməkdaşlıq üçün yaxşı imkanların olduğu bildirildi. ![]() AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.