Gerb

23 may 2013, 16:20

Cənab Prezident,

Respublika Günü münasibətilə Sizə və xalqınıza həm öz adımdan, həm də xalqımın adından səmimi təbriklərimi çatdırıram.

Almaniya-Azərbaycan münasibətləri ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasından ötən 20 ildən artıq müddət ərzində bir çox sahələrdə birgə maraqlar və qarşılıqlı ehtiram zəminində daha da genişlənmiş və inkişaf etmişdir.

Azərbaycan Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramı çərçivəsində Almaniyanın və Avropanın ən vacib tərəfdaşıdır.

Almaniya Azərbaycanı demokratiyanın inkişafı, hüquqi dövlət quruculuğu və Avropaya inteqrasiya yolunda gələcəkdə də qəti surətdə dəstəkləyəcəkdir. Bütün siyasi məsələlərdə tərəfdaşlar arasında açıq dialoqun aparılmasını vacib hesab edirik.

Sizə uğurlar, habelə Azərbaycan xalqına parlaq gələcək, sülh, tərəqqi və firavanlıq arzu edirəm.

Yoaxim Qauk
Almaniya Federativ Respublikasının Prezidenti

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
603 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR