|
24 may 2013, 15:35
Ülkər Talıbzadədən, Bakı, Azərbaycan
Möhtərəm Prezident! Azərbaycan Respublikasında muzey işçilərinə fəxri adların verilməsi haqqında Sərəncamınız mədəniyyət sahəsində çalışan yaradıcı insan kimi məni də qürurlandırdı. Məni “Əməkdar Mədəniyyət işçisi” fəxri adına layiq gördüyünüzə görə, Sizə dərin minnətdarlığımı bildirirəm. Sizin Azərbaycan xalqının ədəbi-mədəni, milli-mənəvi irsinin təbliği işinə göstərdiyiniz dəstək və qayğı danılmazdır. Ulu öndər Heydər Əliyev ənənələrinin layiqli davamçısı kimi Siz xalqımızın tarixi keçmişinə, mənəvi dəyərlərinə həssaslıqla yanaşır, elm və mədəniyyət xadimlərinə, ziyalılara hər zaman dəstək olursunuz. Abdulla Şaiq Talıbzadə ailəsi də bu dəstək və qayğını həmişə hiss etmişdir. Ümummilli lider Heydər Əliyev Abdulla Şaiq irsinin qorunması və təbliği ilə bağlı bir neçə tarixi Fərman imzalamışdır. Fərmanların icrası ilə bağlı keçirilən tədbirlərdən ən mühümü ədibin 100 (1981) və 120 (2001-ci il) illik yubileylərinin qeyd edilməsi olmuşdur. Həmçinin 1998-ci ildə Heydər Əliyev cənablarının müvafiq Sərəncamına əsasən Abdulla Şaiqin oğlu akademik Kamal Talıbzadə “Şöhrət” ordeni ilə təltif edilmişdir. 2005-ci ildə K.Talıbzadə Abdulla Şaiqin mənzil-muzeyinin artıq köhnəlmiş binasının təmir etdirilməsi ilə əlaqədar Heydər Əliyev Fonduna müraciət etmişdir. Minnətdarlıq hissi ilə qeyd etmək istərdim ki, Fondun prezidenti Mehriban xanım Əliyeva atamın xahişinə biganə qalmamış, muzeyi əsaslı təmir etdirmişdir. Möhtərəm Prezident, Talıbzadələr ailəsinə göstərdiyiniz xüsusi diqqət və qayğıya görə Sizə bir daha dərin minnətdarlığımı bildirir və Sizi əmin edirəm ki, mənə göstərilən etimadı doğruldacağam.
Hörmətlə, AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.