|
24 may 2013, 16:00
İlham Əliyev Avropa Parlamentinin xarici əlaqələr komitəsi sədrini qəbul etmişdir
Prezident İlham Əliyev Avropa Parlamentinin xarici əlaqələr komitəsinin sədri Elmar Broku qəbul etmişdir. Dövlət başçısı Azərbaycan ilə Avropa təsisatları arasında əməkdaşlığın uğurla inkişaf etdiyini və yaxşı nəticələr əldə olunduğunu vurğuladı. Prezident İlham Əliyev tərəfdaşlıq əlaqələrimizin gələcəkdə daha da genişləndirilməsi üçün imkanları müəyyənləşdirməyin önəmini qeyd etdi. Dövlətimizin başçısı Avropa Parlamentinin xarici əlaqələr komitəsinin sədri Elmar Brokun ölkəmizə səfərinin Azərbaycan ilə Avropa təsisatları arasında əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi. Avropa Parlamentinin xarici əlaqələr komitəsinin sədri Elmar Brok təmsil etdiyi qurumun Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu dedi. Ölkəmiz ilə Avropa təsisatları arasında əlaqələrə toxunan Elmar Brok “Şərq tərəfdaşlığı” Proqramı çərçivəsində əməkdaşlığın əhəmiyyətini vurğuladı. Görüşdə Azərbaycan ilə Avropa Parlamenti arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı. ![]() AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.