Gerb

24 may 2013, 15:30

Zati-aliləri,

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Koreya Respublikasının Hökuməti, xalqı adından və şəxsən öz adımdan Sizə, həmçinin Azərbaycan xalqına və hökumətinə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaq istəyirəm.

Son illərdə ölkələrimiz arasında qarşılıqlı anlaşma və əməkdaşlıqda əhəmiyyətli inkişaf baş vermişdir. Ümidvaram ki, ölkələrimiz arasındakı yüksək səviyyəli dostluq əlaqələri xalqlarımızın mənafeyi naminə bundan sonra da inkişaf edəcəkdir.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə uğurlar diləyimi və ən xoş arzularımı qəbul etmənizi xahiş edirəm.

Xanım Pak Kın He
Koreya Respublikasının Prezidenti

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
603 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR