Gerb

24 may 2013, 18:05

Hörmətli xanım Prezident,

Argentina Respublikasının milli bayramı - May inqilabının ildönümü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.

Ümidvaram ki, Azərbaycan-Argentina dövlətlərarası münasibətlərinin inkişafı dostluq əlaqələrimizin daha da möhkəmlənməsi və əməkdaşlığımızın genişlənməsi üçün yeni imkanlar açacaqdır.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Argentina xalqına əmin-amanlıq və rifah arzulayıram.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti