|
25 may 2013, 12:15
İlham Əliyev Bakıda Ağ Şəhər bulvarının təməlqoyma mərasimində iştirak etmişdir
Bakıda Ağ Şəhər bulvarının təməli qoyulmuşdur. Prezident İlham Əliyev tədbirdə iştirak etmişdir. Ağ Şəhər bulvarı Dənizkənarı Milli Parkın genişləndirilməsi ilə əlaqədar Prezident İlham Əliyevin tapşırıqlarına əsasən görülən işlərin davamı olaraq salınacaqdır. Əvvəlcə dövlətimizin başçısına ərazidə aparılacaq tikinti işləri barədə məlumat verildi. Prezident İlham Əliyev Ağ Şəhər bulvarının təməlini qoydu. Azərbaycan Prezidentinə görüləcək işlər barədə məlumat verildi. Bildirildi ki, Ağ Şəhər bulvarı Dənizkənarı Milli Parkın ən gözəl yerlərindən birinə çevriləcəkdir. Burada dənizkənarı piyada yolları salınacaq, yaşıllıq zonaları yaradılacaq, sahilbərkitmə işləri aparılacaqdır. İnsanların təhlükəsizliyini və hərəkətin rahatlığını təmin etmək üçün piyada keçidləri inşa ediləcəkdir. Bu nəhəng istirahət mərkəzi sürətlə genişlənən və müasirləşən Bakının ümumi mənzərəsini daha da gözəlləşdirəcəkdir. Prezident İlham Əliyev görüləcək işlərlə bağlı tapşırıq və tövsiyələrini verdi. ![]() AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.