|
25 may 2013, 16:00
Çin Xalq Respublikasının Sədri Si Tszinpindən
Zati-aliləri! Azərbaycanın dövlət bayramı – Respublika Günü münasibətilə Çin hökuməti və xalqı adından, şəxsən öz adımdan Sizə, Sizin şəxsinizdə Azərbaycan hökumətinə və xalqına səmimi təbriklərimi və xoş arzularımı bildirirəm. Hazırda Azərbaycanda sabit siyasi və ictimai vəziyyət, dinamik inkişaf edən iqtisadiyyat, xalqın həyat səviyyəsinin ardıcıl artması müşahidə olunur. Çin tərəfi bunu müsbət qiymətləndirir və əmindir ki, Zati-alinizin rəhbərliyi ilə Azərbaycan öz inkişafında daim yeni uğurlar qazanacaqdır. Ölkələrimiz arasında diplomatik əlaqələr qurulmasından keçən 21 il ərzində Çin ilə Azərbaycanın dostcasına əməkdaşlıq münasibətləri çox yaxşı inkişaf edir, bütün sahələrdə tərəfdaşlığın fəal nəticələri vardır. Çin tərəfi Azərbaycan tərəfi ilə birlikdə bundan sonra da ənənəvi dostluğu möhkəmlətməyə, işgüzar əməkdaşlığı genişləndirməyə, qarşılıqlı hörmət, bərabərlik və qarşılıqlı fayda prinsipləri əsasında ölkələrimizin və xalqlarımızın rifahı naminə Çin-Azərbaycan münasibətlərini daim inkişaf etdirməyə hazırdır. Ölkənizə firavanlıq, xalqınıza səadət diləyirəm. Sizə möhkəm cansağlığı və rifah arzulayıram. Hörmətlə, Si Tszinpin Çin Xalq Respublikasının Sədri AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.