|
25 may 2013, 16:05
Hindistan Respublikasının Prezidenti Pranab Mukhercidən
Zati-aliləri, Azərbaycanın milli bayramı – Respublika günü münasibətilə Sizə Hindistan xalqı adından və şəxsən öz adımdan ən səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan böyük məmnunluq hissi duyuram. Hindistan və Azərbaycan xalqları arasındakı dostluq münasibətləri möhkəm tarixi və mədəni əlaqələrə söykənir. Əminəm ki, çoxtərəfli qarşılıqlı əlaqələrimiz xalqlarımızın mənafeyi naminə daha da inkişaf edəcəkdir. Hindistan Azərbaycan ilə əməkdaşlığın intensivləşdirilməsini arzu edir. Cənab Prezident, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə firavanlıq və inkişaf arzulayıram.
Zati-aliləri, ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm. Hindistan Respublikasının Prezidenti AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.