|
25 may 2013, 16:10
Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevdən
Hörmətli İlham Heydər oğlu! Azərbaycanın dövlət bayramı – Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin. Sizin rəhbərliyinizlə ölkə daxilində həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi dəyişikliklərin və tarazlaşdırılmış xarici siyasətin uğurları Qazaxıstanda yaxşı məlumdur. Qazaxıstan ilə Azərbaycan arasında dostluğun və əməkdaşlığın möhkəmlənməsinə Sizin şəxsi töhfənizi dəyərləndirirəm. Əminəm ki, qarşılıqlı etimada və dəstəyə əsaslanan strateji tərəfdaşlığımız bundan sonra da hər iki ölkənin xalqlarının rifahı naminə uğurla inkişaf edəcəkdir. Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı və dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə firavanlıq və tərəqqi arzulayıram. Hörmətlə, Nursultan Nazarbayev Qazaxıstan Respublikasının Prezidenti AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.