|
25 may 2013, 16:15
Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmondan
Hörmətli İlham Heydər oğlu! Azərbaycan Respublikasının milli bayramının ildönümü münasibətilə Sizi və bütün Azərbaycan xalqını təbrik etməkdən və ən xoş arzularımı bildirməkdən böyük məmnunluq hissi duyuram. Tacikistan ilə Azərbaycan arasında qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin bütün istiqamətlər üzrə inkişaf dinamikasından çox məmnun olduğumuzu vurğulamaq istərdim. Əminəm ki, yaranmış ənənəvi ikitərəfli dostluq münasibətləri xalqlarımızın rifahı naminə bundan sonra da inkişaf edəcək və dərinləşəcəkdir. Tacikistan öz tərəfindən ölkələrimiz arasında əməkdaşlığın möhkəmlənməsi və genişlənməsi üçün zəruri olan bütün tədbirləri görmək əzmindədir. Hörmətli İlham Heydər oğlu, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və böyük uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və firavanlıq diləyirəm. Hörmətlə, Emoməli Rəhmon Tacikistan Respublikasının Prezidenti AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.