|
25 may 2013, 16:20
Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevdən
Hörmətli İlham Heydər oğlu! Qırğız xalqı adından və şəxsən öz adımdan Azərbaycan Respublikasının dövlət bayramı – Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin! Azərbaycan Respublikası özünün məqsədyönlü strategiyasının uğurla həyata keçirilməsi sayəsində sosial-iqtisadi inkişafda sanballı nailiyyətlər nümayiş etdirir, beynəlxalq aləmdə öz nüfuzunu ardıcıl surətdə möhkəmləndirir. Potensialı böyük perspektivlərə malik olan Qırğız-Azərbaycan əməkdaşlığının inkişafına Sizin şəxsi töhfənizi yüksək qiymətləndirirəm. Əminəm ki, Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi və möhkəmləndirilməsi qarşılıqlı faydalı tərəfdaşlığa şərait yaradacaqdır. Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı, firavanlıq və uğurlar, Azərbaycan xalqına isə sülh, həmrəylik və tərəqqi diləyirəm. Hörmətlə, Almazbek Atambayev Qırğız Respublikasının Prezidenti AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.