Gerb

02 oktyabr 2010, 14:58

Hörmətli cənab Prezident,

Milli bayramınız – Alman birliyi günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.

Azərbaycan-Almaniya münasibətlərinin hazırkı inkişaf səviyyəsi, istər ikitərəfli qaydada, istərsə də Avropa strukturları çərçivəsində səmərəli əməkdaşlığımız məmnunluq doğurur. Əminəm ki, dövlətlərarası münasibətlərimizin, dostluq əlaqələrimizin daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın əhatə dairəsinin genişləndirilməsi istiqamətində səylərimizi bundan sonra da davam etdirəcəyik.

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Almaniya xalqına sülh və rifah diləyirəm.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 17 sentyabr 2010-cu il

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
603 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR