|
24 may 2013, 16:50
ABŞ-ın dövlət katibi Con Kerridən
28 May - Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik etməkdən məmnunam. Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikası möhkəm tərəfdaşlıq əlaqələri qurmuşlar. Biz müstəqilliyin möhkəmləndirilməsində, demokratik təsisatların gücləndirilməsində və iqtisadi islahatların təşviqində Azərbaycanı dəstəkləməyə sadiqik. Təhlükəsizlik məsələlərinə gəlincə, hərbçilərimiz sülh və təhlükəsizlik naminə çiyin-çiyinə dayandığından Əfqanıstanın gələcəyinə töhfələrinə görə Azərbaycana xüsusi minnətdarlığımızı bildiririk. Həmçinin, uzun illər davam edən ikitərəfli enerji əməkdaşlığı gələn ay “Cənub” dəhlizi barədə son qərar qəbul edildikdən sonra yeni mərhələyə qədəm qoyacaqdır. Belə bir əlamətdar günü qeyd edərkən daha dinc və çiçəklənən bir dünya qurmaq üçün Sizinlə birgə çalışacağımıza ümidvarıq.
Con Kerri AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.