Gerb

25 may 2013, 20:05

Hörmətli cənab Prezident!

Sizi və bütün Azərbaycan xalqını 28 May - Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm. Qoy müstəqilliyimiz əbədi olsun!

Möhtərəm Prezident, onu da vurğulamaq istəyirəm ki, 2013-cü il 20-25 may tarixində Bakı şəhərində ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Avropa məkanında yeni çağırışlar: Gənc Alimlərin Beynəlxalq Bakı forumu” keçirildi. Forumda 32 ölkədən 160, Azərbaycandan 190 gənc alim iştirak edirdi.

Mən təşkilat komitəsinin üzvü olaraq onu demək istəyirəm ki, forumun xaricdən olan iştirakçıları Azərbaycanda elmin və təhsilin inkişafına göstərilən qayğını yüksək qiymətləndirdilər və ölkəmizin onlarda zəngin təəssürat yaratdığını vurğuladılar.

Onlar forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə və Sizə öz minnətdarlıqlarını bildirdilər.

Çox hörmətli Prezident, biz gənc alimlər bu inkişafın, bu nailiyyətlərin əldə edilməsində xidmətlərinə görə ulu öndərimizin ruhu qarşısında baş əyirik. Sağ olun ki, ümummilli liderimizin qoyduğu bu adət-ənənəni davam etdirirsiniz. Biz həmişə bu yolda Sizi dəstəkləyəcəyik.

Hörmətlə,

Salmanov Famin,

Azərbaycan Respublikası, Bakı şəhəri, Keşlə qəsəbəsi, M. Ağayev küçəsi 12.