|
26 may 2013, 12:35
İlham Əliyev Avropa Şurası Parlament Assambleyası prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
Prezident İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının prezidenti Jan-Klod Minyonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Dövlət başçısı Azərbaycan ilə Avropa Şurası Parlament Assambleyası arasında uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayaraq qarşılıqlı səfərlərin və görüşlərin əlaqələrimizin genişlənməsi işində rolunu qeyd etdi. Prezident İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının prezidenti Jan-Klod Minyonun ölkəmizə səfərinin əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaradacağına əminliyini bildirdi. Avropa Şurası Parlament Assambleyasının prezidenti Jan-Klod Minyon Azərbaycana ikinci dəfə səfər etməsindən məmnunluq hissi keçirdiyini vurğulayaraq ölkəmizdə sürətli inkişaf proseslərinin şahidi olduğunu söylədi, Azərbaycanın iqtisadi və digər sahələrdə qazandığı uğurların önəmini diqqətə çatdırdı. Qonaq səfərinin əsas məqsədlərindən birinin Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə qarşıdan gələn sədrliyinə hazırlıq prosesi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsinin aparılmasından ibarət olduğunu dedi. Görüşdə Azərbaycan ilə Avropa Şurası Parlament Assambleyası arasında əməkdaşlığa dair məsələlər müzakirə olundu. AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.