Meksika Birləşmiş Ştatlarının Prezidenti Enrike Penya Nietodan
Text size
26 may 2013, 12:50
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Meksika hökuməti və xalqı adından, şəxsən öz adımdan səmimi təbriklərimi Sizə çatdırmaqdan böyük məmnunluq duyuram.
Sülh və inkişaf naminə xalqlarımız arasındakı əlaqələri möhkəmlətmək üçün əməkdaşlıq və anlaşma münasibətlərini gücləndirmək istiqamətində həm Hökumətimin marağını, həm də şəxsən öz arzumu Sizə çatdırmaq istərdim.
Zati-aliləri, səmimi təbriklərimi və dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Səmimiyyətlə,
Enrike Penya Nieto
Meksika Birləşmiş Ştatlarının Prezidenti
