Gerb

02 oktyabr 2010, 14:59

Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Dövlətin yaranması günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

Bu gün dost ölkələrimiz arasında sıx əməkdaşlıq əlaqələri mövcuddur. Əminəm ki, münasibətlərimizin bütün səviyyələrdə inkişafı, əməkdaşlığımızın daim genişləndirilməsi istiqamətində səylərimiz bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və rifah arzulayıram.

Hörmətlə,

İlham Əliyev
Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Kristian Vulfa

Bakı, 17 sentyabr 2010-cu il

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
603 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR