Gerb

26 may 2013, 12:12

Hörmətli cənab Prezident,

Dost ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Bəhreyn Krallığının xalqı adından və şəxsən öz adımdan Sizə xoş təbriklərimizi və səmimi salamlarımızı çatdırırıq.

Bu fürsətdən istifadə edərək şəxsən Zati-alinizə cansağlığı və xoşbəxtlik, xalqınıza Sizin müdrik rəhbərliyiniz altında davamlı inkişaf və çiçəklənmə arzu edirik.

Böyük hörmət və ehtiramla,

Həməd bin İsa Al Xəlifə

Bəhreynin Kralı