|
27 may 2013, 19:40
TÜRKSOY-un baş katibi Düsen Kaseinovdan
Hörmətli cənab Prezident, Azərbaycanın milli bayramı - 28 May – Respublika Günü münasibətilə Zati-alinizə və bütün Azərbaycan xalqına TÜRKSOY-un Baş Katibliyi, Türkdilli Ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırıram. Türk dünyasında qurulan ilk respublika olan və bu il yaradılmasının 95-ci ildönümünü qeyd etdiyimiz Azərbaycan Respublikası Zati-alinizin məqsədyönlü siyasəti və müdrik rəhbərliyi nəticəsində aparıcı dövlətlər arasında öz layiqli yerini tutmuş və dünyanın mədəni mərkəzlərindən birinə çevrilmişdir. TÜRKSOY-a ən yaxın dəstəklərini əsirgəməyən Zati-alinizin diqqəti və qayğısı sayəsində zəngin Azərbaycan mədəniyyəti TÜRKSOY tərəfindən keçirilən bütün beynəlxalq tədbirlərdə ümumtürk mədəniyyətini layiqincə təmsil edir və dünya mədəniyyətinə böyük töhfələr verir. Fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı, bütün təşəbbüslərinizdə uğurlar və qardaş Azərbaycan xalqına sülh, tərəqqi və firavanlıq arzu edirəm.
Dərin hörmət və ehtiramla, TÜRKSOY-un baş katibi AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.