Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

TÜRKSOY-un baş katibi Düsen Kaseinovdan

Text size Plus Minus

27 may 2013, 19:40

Hörmətli cənab Prezident,

Azərbaycanın milli bayramı - 28 May – Respublika Günü münasibətilə Zati-alinizə və bütün Azərbaycan xalqına TÜRKSOY-un Baş Katibliyi, Türkdilli Ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırıram.

Türk dünyasında qurulan ilk respublika olan və bu il yaradılmasının 95-ci ildönümünü qeyd etdiyimiz Azərbaycan Respublikası Zati-alinizin məqsədyönlü siyasəti və müdrik rəhbərliyi nəticəsində aparıcı dövlətlər arasında öz layiqli yerini tutmuş və dünyanın mədəni mərkəzlərindən birinə çevrilmişdir.

TÜRKSOY-a ən yaxın dəstəklərini əsirgəməyən Zati-alinizin diqqəti və qayğısı sayəsində zəngin Azərbaycan mədəniyyəti TÜRKSOY tərəfindən keçirilən bütün beynəlxalq tədbirlərdə ümumtürk mədəniyyətini layiqincə təmsil edir və dünya mədəniyyətinə böyük töhfələr verir.

Fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı, bütün təşəbbüslərinizdə uğurlar və qardaş Azərbaycan xalqına sülh, tərəqqi və firavanlıq arzu edirəm.

Dərin hörmət və ehtiramla,

Düsen Kaseinov

TÜRKSOY-un baş katibi

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi