Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

Malta Respublikasının Prezidenti Corc Abeladan

Text size Plus Minus

27 may 2013, 19:30

Zati-aliləri,

28 May – Respublika Günü münasibətilə Malta xalqı adından və şəxsən öz adımdan Sizə, Azərbaycan hökumətinə və xalqına səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı, Azərbaycan xalqına əmin-amanlıq və davamlı tərəqqi arzulayıram. Həmçinin ölkələrimiz arasındakı yüksək səviyyəli əlaqələrin xalqlarımızın mənafeyi naminə daha da inkişaf edəcəyinə əminliyimi ifadə etmək istəyirəm.

Corc Abela

Malta Respublikasının Prezidenti

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi