|
27 may 2013, 19:25
Avstraliya İttifaqının General-Qubernatoru Xanım Kventin Braysdan
Zati-aliləri 28 May - Respublika Günü münasibətilə Avstraliya hökuməti və xalqı ilə birlikdə Sizə, hökumətinizə və Azərbaycan xalqına ən səmimi arzularımı çatdırmaq istəyirəm. Avstraliya ilə Azərbaycanın beynəlxalq sülh və təhlükəsizliyə bir çox oxşar yanaşmaları vardır. Diplomatik münasibətlərimizin qurulmasının 20-ci ildönümünü yüksək qiymətləndirərək, ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafına töhfə verəcək Azərbaycan səfirliyinin bu il Avstraliyada açılmasını səbirsizliklə gözləyirəm. 2013-cü ilin oktyabrında Azərbaycanda prezident seçkilərinin dinc və uğurlu keçməsini arzulayıram. Bu seçkilərdən əvvəl - 2013-cü ilin sentyabrında Avstraliyada federal seçkilər keçiriləcəkdir. Hər iki seçki bizim demokratiyaya sadiqliyimizin vacib ifadəsi olacaqdır. Avstraliya hökuməti beynəlxalq ictimaiyyətin göstərdiyi etimad nəticəsində 2013-2014-cü illər üçün BMT Təhlükəsizlik Şurasına üzv seçilmək şərəfinə layiq görülmüşdür. Biz inanırıq ki, müasir çağırışlar qlobal həll yolu tələb edir və BMT kimi çoxtərəfli təşkilatlar kollektiv həllin ən yaxşı vasitələrini təmin edirlər. Avstraliya Təhlükəsizlik Şurasının qarşısında duran problemlərin həllində Azərbaycan ilə birgə işləməyə sadiqdir və gələcək illərdə qarşılıqlı maraq doğuran məsələlər üzərində ölkənizlə çalışmaq arzusundadır. 2012-ci ildə Azərbaycanın Təhlükəsizlik Şurasına uğurlu sədrliyini və Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin Əfqanıstandakı missiyasına verdiyi dəstəyi yüksək qiymətləndirirəm. Əminəm ki, ölkələrimiz arasında mövcud olan dostluq münasibətləri növbəti illərdə də inkişaf edəcəkdir.
Hörmətlə, Avstraliya İttifaqının General-Qubernatoru AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.