|
27 may 2013, 19:15
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan
Hörmətli İlham Heydər oğlu!
Sizi və bütün Azərbaycan xalqını milli bayramınız – Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm. Azərbaycanın nailiyyətləri dünya birliyi tərəfindən etiraf edilmişdir. Bakıda müntəzəm keçirilən mühüm beynəlxalq tədbirlər və görüşlər buna sübutdur. Fürsətdən istifadə edib məmnunluqla qeyd edirəm ki, Belarus-Azərbaycan əməkdaşlığı ilbəil möhkəmlənir. Bizim şəxsi görüşlərimiz ikitərəfli qarşılıqlı əlaqələrin daha da inkişafı üçün mühüm potensial olduğunu inandırıcı şəkildə nümayiş etdirmişdir. Daimi səmərəli dialoqun dəstəklənməsinin zəruri olduğuna əminəm və tezliklə Azərbaycanda görüşəcəyimizə ümid edirəm. Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoş günlər, sülh və qardaş Azərbaycan xalqının firavanlığı naminə ali dövləti vəzifənizdə yeni zəfərlər diləyirəm.
Hörmətlə, Belarus Respublikasının Prezidenti AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.