|
27 may 2013, 19:50
Kolumbiyalı senator Aleksandra Moreno Pirakivedən
Kolumbiya Respublikası Senatının İkinci Komitəsi adından və şəxsən öz adımdan Azərbaycan xalqına ən səmimi salamlarımızı çatdırır və fürsətdən istifadə edərək, Azərbaycan Respublikası ilə dostluğumuzu, həmçinin ölkələrimiz arasında ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsində maraqlı olduğumuzu bir daha təsdiqləyir, əməkdaşlığımızı davam etdirməyi arzu edirik. Öz Vətənini uğurlu inkişaf yoluna çıxarmış və xalqını daim şərəflə təmsil etmiş Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinin bu günlərdə qeyd edilməsi ilə əlaqədar Azərbaycan xalqına ən səmimi təbriklərimizi çatdırıram. Eyni zamanda, 28 May - Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edirəm. Arzu edirəm ki, bu tarix Azərbaycan üçün 1918-ci ildə Xalq Cümhuriyyətinin yaranması qədər mənalı bir mərhələnin başlanğıcı olsun. Ümidvarıq ki, ölkələrimiz arasında dostluq münasibətləri gündən-günə möhkəmlənəcək, xalqlarımız birgə çalışaraq ikitərəfli münasibətlərimizin inkişafına daha da təkan verəcək və daim qarşılıqlı anlaşma içində yaşayacaqlar.
Aleksandra Moreno Pirakive AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.