|
28 may 2013, 13:00
Moldova Respublikasının Prezidenti Nikolaye Timoftidən
Zati-aliləri! Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Ölkənizin tarixində bu əlamətdar gündə fərəhlə qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikası öz dövlətçiliyini bərpa edəndən keçən illər ərzində müstəqilliyin möhkəmlənməsində, milli iqtisadiyyatın inkişafında və beynəlxalq aləmdə öz mövqelərinin gücləndirilməsində sanballı uğurlar qazanmışdır. Əminəm ki, Sizin Prezident kimi ali vəzifədə çoxşaxəli fəaliyyətiniz bundan sonra da dövlətinizin tərəqqisinə və xalqınızın rifahının durmadan yüksəlməsinə xidmət edəcəkdir. Qəti əminəm ki, Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında ənənəvi dostluq münasibətləri bizim qarşılıqlı faydalı əməkdaşlığımızın daha da genişlənməsi və dərinləşməsi üçün yeni perspektivlər açır.
Hörmətli cənab Prezident, icazə verin, Sizə möhkəm cansağlığı və ölkənizin rifahı naminə yeni uğurlar, bütün dost Azərbaycan xalqına isə sülh, həmrəylik və firavanlıq arzulayım.
Moldova Respublikasının Prezidenti AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.