İnquşetiya Respublikasının rəhbəri Yunusbek Yevkurovdan
28 may 2013, 13:25
Hörmətli İlham Heydər oğlu!
Sizi dövlət bayramınız - Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm.
Sizin dövlətçilik mənafelərinə şəxsi sədaqətiniz, fəal həyat mövqeyiniz öz xalqına təmənnasız xidmətin parlaq nümunəsidir.
Bu gün Siz bütün qüvvənizi, biliyinizi və təcrübənizi Azərbaycan Respublikasının rifahına sərf edir, proqramları bacarıqla real işlərə çevirirsiniz. Sizin yüksək peşəkarlığınız, müasir siyasi təfəkkürünüz, məqsədyönlü işiniz respublikanın sosial-iqtisadi inkişafına, onun sakinlərinin həyat səviyyəsinin və rifahının artmasına şərait yaradır.
Sizə və Azərbaycan Respublikasının bütün sakinlərinə möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzulayıram.
Hörmətlə,
Yunusbek Yevkurov
İnquşetiya Respublikasının rəhbəri
