Gerb

28 may 2013, 13:35

Hörmətli İlham Heydər oğlu

Azərbaycanın dövlət bayramı – Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin. Qardaş Azərbaycan Sizin rəhbərliyiniz ilə böyük atanızın ənənələrini davam etdirərək sosial-iqtisadi sahədə, dövlət quruculuğunda sıçrayış nümayiş etdirir, beynəlxalq məkanda nüfuzu möhkəmlənir. Rusiya ilə Azərbaycan xalqlarının bir-birinə olan dərin rəğbət və etimad hissi, çoxəsrlik dostluq ənənələri mehriban qonşuluq əlaqələrinin, uğurlu çoxplanlı işgüzar əməkdaşlığın möhkəmlənməsi, o cümlədən həm də regional səviyyədə sabitliyin və əmin-amanlığın təmin edilməsi üçün möhkəm zəmin yaradır.

Sizə cansağlığı, çoxşaxəli fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına sülh və çiçəklənmə arzulayıram.

Dərin hörmətlə,

İlyas Umaxanov
Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin müavini