|
28 may 2013, 13:20
Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkindən
Möhtərəm İlham Heydər oğlu! Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına şəxsən öz adımdan və bütün həştərxanlılar adından səmimi təbriklər və ən xoş arzular yetirməyə şadam. Biz xalqlarımızın tarixi dostluğunu əziz tuturuq və bu bayramın sevincini Azərbaycan əhalisi ilə səmimi qəlbdən bölüşürük. İnanırıq ki, Həştərxan vilayəti ilə Azərbaycan Respublikası arasında qarşılıqlı hörmətə və etimada söykənən əməkdaşlıq ənənələrini gələcəkdə də birgə səylərlə fəal şəkildə genişləndirəcək, Rusiya-Azərbaycan qarşılıqlı əlaqələri çərçivəsində çoxtərəfli münasibətlərin möhkəmlənməsi üçün yeni imkanlar tapacağıq.
Sizə və Sizin gözəl ölkənizin bütün sakinlərinə səmimi qəlbdən gözəl bayram əhval-ruhiyyəsi, sağlamlıq, əmin-amanlıq və Azərbaycan dövlətinin rifahı naminə quruculuq işlərində nailiyyətlər arzulayıram. Aleksandr Jilkin AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.