Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkindən

Text size Plus Minus

28 may 2013, 13:20

Möhtərəm İlham Heydər oğlu!

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına şəxsən öz adımdan və bütün həştərxanlılar adından səmimi təbriklər və ən xoş arzular yetirməyə şadam.

Biz xalqlarımızın tarixi dostluğunu əziz tuturuq və bu bayramın sevincini Azərbaycan əhalisi ilə səmimi qəlbdən bölüşürük.

İnanırıq ki, Həştərxan vilayəti ilə Azərbaycan Respublikası arasında qarşılıqlı hörmətə və etimada söykənən əməkdaşlıq ənənələrini gələcəkdə də birgə səylərlə fəal şəkildə genişləndirəcək, Rusiya-Azərbaycan qarşılıqlı əlaqələri çərçivəsində çoxtərəfli münasibətlərin möhkəmlənməsi üçün yeni imkanlar tapacağıq.

Sizə və Sizin gözəl ölkənizin bütün sakinlərinə səmimi qəlbdən gözəl bayram əhval-ruhiyyəsi, sağlamlıq, əmin-amanlıq və Azərbaycan dövlətinin rifahı naminə quruculuq işlərində nailiyyətlər arzulayıram.

Həştərxan vilayətinin qubernatoru

Aleksandr Jilkin

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi