Gerb

29 may 2013, 15:00

Hörmətli cənab Prezident! 

Bir gənc olaraq Sizə müraciət etməkdə məqsədim təşəkkür etməkdir. Sizin müdrik idarəçiliyiniz nəticəsində Azərbaycanda demokratik, hüquqi dövlət qurulur. Ölkənin hər bir guşəsində geniş vüsət alan abadlıq və quruculuq işləri bütün vətəndaşlar kimi, məndə də xoş hislər, gələcəyimizə böyük ümid yaradır. Sizin ölkədə həyatın bütün sahələrində olduğu kimi, təhsil, səhiyyə, o cümlədən sahibkarlıq fəaliyyəti sahəsində həyata keçirdiyiniz islahatlar, söz və fikir azadlığının qorunması istiqamətində gördüyünüz tədbirlər ölkə vətəndaşı bizi məmnun edir. Məhz xalqın mənafeyinə xidmət edən siyasətinizin nəticəsidir ki, biz hər birimiz Sizin haqqınızda fəxrlə “Bizim Prezident” deyirik. Azərbaycanın xoşbəxt gələcəyi Heydər Əliyev ideyaları və bu ideyaları layiqincə həyata keçirən Sizin adınızla bağlıdır. Sizin Azərbaycanın gələcəyi ilə bağlı görüləsi işləriniz hələ qabaqdadır. Ona görə də öz adımdan və ailəm adından bildirmək istəyirəm ki, biz növbəti beş ildə və ondan sonrakı müddətdə də Sizi Azərbaycan Respublikasının Prezidenti kimi görmək istəyirik. Biz Sizin siyasətinizi həmişə dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik. Azərbaycanımızın inkişafı naminə fəaliyyətinizdə Sizə sonsuz uğurlar və müvəffəqiyyətlər arzu edirik.

Sətullayev Xanlar Əliheydər oğlu.
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.