|
29 may 2013, 15:30
Pərixanım Mahmudovadan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident! Azərbaycanda muzey işinin inkişafının dövlət səviyyəsində dəstəklənməsi, muzeylər şəbəkəsinin yaradılması və inkişaf etdirilməsi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Onun yüksək zəkası, müdrik siyasəti və uzaqgörənliyi sayəsində keçən əsrin 70-ci illərindən başlayaraq Bakıda və Azərbaycanın regionlarında tarix-diyarşünaslıq muzeyləri, görkəmli ədəbiyyat xadimlərinin, tarixi şəxsiyyətlərin xatirə muzeyləri və digər muzeylər yaradılmışdır. Bu gün Bakı şəhərində Azərbaycanın mədəniyyət və incəsənət tarixində böyük xidmətləri olan görkəmli şəxsiyyətlərin – Ü.Hacıbəyovun, S.Vurğunun, H.Cavidin, C.Cabbarlının, Bülbülün, M.S.Ordubadinin, Niyazinin, Ə.Əzimzadənin, C.Məmmədquluzadənin xatirə muzeylərinin fəaliyyət göstərməsi Heydər Əliyevin milli dəyərlərimizə göstərdiyi diqqət, qayğı və sevginin bariz nümunəsidir. Ümummilli liderimiz ədəbiyyatımızın klassiki, Şərqdə ilk satirik jurnal olan “Molla Nəsrəddin”in yaradıcısı və redaktoru C.Məmmədquluzadənin vaxtilə Bakıda yaşadığı ünvanda ev-muzeyinin fəaliyyətini də həmişə diqqətdə saxlayırdı. Onun 1994-cü ildə muzeyin “Rəy kitabı”na yazdığı xoş sözlər və bizə verdiyi tövsiyələr indi də işimizə mayak kimi istiqamət verir. Hörmətli cənab Prezident, Heydər Əliyev yolunu və siyasətini layiqincə davam etdirərək milli-mənəvi dəyərlərimizə, xalqımızın mədəni irsinin saxlanc yeri olan muzeylərimizə və bu sahədə fəaliyyət göstərən işçilərə göstərdiyiniz diqqət və qayğı bizi çox sevindirir. Biz bundan fərəhlənərək xalqımız və dövlətimiz üçün gərəkli olan şərəfli bir sahədə daha böyük uğurlara nail olmağa çalışırıq.
Çox hörmətli Prezident, muzeylərimizə və muzey işçilərinə göstərdiyiniz böyük diqqət və qayğıya, həmçinin əməyimi yüksək qiymətləndirərək məni “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq gördüyünüzə görə Sizə dərin minnətdarlığımı bildirirəm.
Pərixanım Mahmudova, AXTAR:
XƏBƏRLƏR:
14 avqust 2013, 13:55
İlham Əliyev İsmayıllı şəhərində yeni avtovağzalın açılışında iştirak etmişdir
14 avqust 2013, 13:45
İlham Əliyev İsmayıllıda İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolunun açılışında iştirak etmişdir
14 avqust 2013, 13:30
İlham Əliyev “İsmayıllı-1” Su Elektrik Stansiyasının açılışında iştirak etmişdir
14 avqust 2013, 13:20
İlham Əliyev İsmayıllıda tikiş fabrikinin açılışında iştirak etmişdir
14 avqust 2013, 12:50
İlham Əliyev İsmayıllı şəhərinə içməli suyun verilməsi mərasimində iştirak etmişdir
14 avqust 2013, 12:30
İlham Əliyev İsmayıllı rayonuna səfərə gəlmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.