|
29 may 2013, 15:45
Aysel Vəlikişiyevadan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident! Müasir Azərbaycan tarixində qazanılan ən böyük uğurlar xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı ölkəni ziddiyyətlər burulğanından xilas etdi. Heydər Əliyev hər zaman dövlətin milli maraqlarını əsas tutmuş, yaxın və uzaq gələcəkdə Azərbaycanın inkişafının dəqiq taktikasını və strategiyasını müəyyənləşdirmişdir. Əsası ulu öndər tərəfindən qoyulmuş iqtisadi inkişaf strategiyası onun layiqli davamçısı Sizin tərəfinizdən müvəffəqiyyətlə davam etdirilir. Qısa zaman kəsiyində ölkədə ictimai-siyasi sabitliyin möhkəmlənməsi, beynəlxalq aləmdə işgüzar münasibətlərin qurulması, həyata keçirilən məqsədyönlü islahatlar ölkədə əhalinin rifah halının yaxşılaşmasına, yoxsulluğun minimum səviyyəyə enməsinə səbəb olmuşdur. Möhtərəm Prezident, Sizi, Heydər Əliyev siyasi kursuna sadiqlik nümayiş etdirən dövlət başçısı kimi ölkəmizdə hökm sürən siyasi sabitliyin, əmin-amanlığın və sülhün qarantı hesab edirəm.
Zati-aliləri, Sizi və ailənizi 28 May – Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, ölkəmizə isə böyük iqtisadi tərəqqi arzu edirəm. Sizi əmin edirəm ki, qarşıdan gələn Prezident seçkilərində ailəmlə birlikdə Sizə səs verəcəyik. Sizinlə qürur duyuram. AXTAR:
XƏBƏRLƏR:
14 avqust 2013, 13:55
İlham Əliyev İsmayıllı şəhərində yeni avtovağzalın açılışında iştirak etmişdir
14 avqust 2013, 13:45
İlham Əliyev İsmayıllıda İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolunun açılışında iştirak etmişdir
14 avqust 2013, 13:30
İlham Əliyev “İsmayıllı-1” Su Elektrik Stansiyasının açılışında iştirak etmişdir
14 avqust 2013, 13:20
İlham Əliyev İsmayıllıda tikiş fabrikinin açılışında iştirak etmişdir
14 avqust 2013, 12:50
İlham Əliyev İsmayıllı şəhərinə içməli suyun verilməsi mərasimində iştirak etmişdir
14 avqust 2013, 12:30
İlham Əliyev İsmayıllı rayonuna səfərə gəlmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.