Gerb

29 may 2013, 16:15

Hörmətli cənab Prezident! 

Biz İsmayıllı rayonunun ağsaqqalları və ziyalıları müstəqilliyimizin bayram sevincini yaşadığımız günlərdə fikrən rayonumuzu, bütün Azərbaycanı səyahətə çıxırıq və bir daha şahidi oluruq ki, ölkəmiz Sizin sayənizdə inkişafının ən yüksək zirvəsinə çatmışdır. İsmayıllıda yeni layihələr həyata keçirilir, sosial obyektlər tikilir, iş yerləri açılır, əhalinin güzəranı yaxşılaşır.

Üzləşdiyimiz çətinliklər aradan qaldırılır, mənəvi, ictimai-siyasi mühit saflaşır, bütün sahələrdə qanunçuluq prinsipi möhkəmlənir. Biz bütün bunlara sevinməklə yanaşı, Sizə hədsiz minnətdarlığımızı bildiririk. Bu günümüzün inkişafı, sabahımızın yüksəlişi, xalqımızın firavan həyatı Sizin müstəqil Azərbaycana bilavasitə rəhbərliyinizlə bağlıdır. Bütün bunlara əsaslanaraq deyirik ki, biz Sizi qəlbimizdə çoxdan Prezident seçmişik. Biz öz seçimimizi bu ilin oktyabr ayında keçiriləcək Prezident seçkilərində rəsmiləşdirəcəyik. Sizi Respublika Günü münasibətilə ağsaqqal mehribanlığı, ziyalı nuru ilə təbrik edirik.

Ağsaqqallar və ziyalılar adından dərin hörmət və ehtiramla,
Süleymanov Alıcan Sarı oğlu,
Əzizov Abduləziz Əhməd oğlu

Azərbaycan Respublikası, İsmayıllı rayonu.