|
29 may 2013, 16:40
Türkiyə Respublikasının Prezidenti Abdullah Güldən
Cənab Prezident, əziz qardaşım! Dost və qardaş Azərbaycanın dövlət bayramı - Respublika Günü münasibətilə Zati-aliləri, Sizin timsalınızda bütün azərbaycanlı qardaşlarımızı türk xalqı və şəxsən öz adımdan ən səmimi duyğularla təbrik edirəm. Azərbaycan ilə gücünü ortaq dil, inanc, mədəniyyət, tarix və dəyərlərimizdən alan və “bir millət, iki dövlət” devizi əsasında həyata keçirdiyimiz güclü dostluq, qardaşlıq və əməkdaşlığın hər sahədə artaraq davam etməsini səmimi qəlbdən arzu edirik. Türkiyə və Azərbaycanın Cənubi Qafqazda sülh, təhlükəsizlik və sabitliyin yaradılması istiqamətindəki ortaq səylərinin hər iki ölkə üçün yeni uğurlara yol açacağına əminəm. Fürsətdən istifadə edərək, Zati-alilərinizin sağlamlıq və xoşbəxtliyi ilə dost və qardaş Azərbaycan xalqının sülh və firavanlığı naminə ən səmimi diləklərimi bir daha bildirirəm.
Hörmətlə, AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.